A

 

Sputnik.az

 

Ekspert: Braziliya, Türkiyə, Cənubi Koreya kimi ölkələr dünya üçün bazardır və bu iqtisadiyyatları çökdürmək olmaz.
Dünya bazarlarında çalxalanma gözlənilir. İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxıb-çıxmaması ilə bağlı keçiriləcək referendum FED-in qərarına təsir edib. FED uçot dərəcəsini dəyişməyib və faizin tədricən artırılmasını uyğun görüb.Dünya bazarlarında baş verən son hadisələrlə bağlı Sputnik-in əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadənin  fikirlərini öyrənib.Elşən Bağırzadə deyib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması kifayət qədər dünya iqtisadiyyatında ciddi təsirlər doğuracaq: "Çünki, Avropa İttifaqı dünya iqtisadiyyatında böyük paya malikdir. Dünya bazarlarında müxtəlif tarazlıqların təmin olunmasında da bu ittifaqın çox böyük rolu var. Böyük Britaniyanın Aİ-dən ayrılması ittifaqın gələcəyi ilə bağlı ciddi gözləntilərin dəyişməsinə gətirib çıxaracaq. Bu da maliyyə və digər bazarlara öz təsirini göstərəcək. Ümumilikdə, Böyük Britaniyanın Aİ-dən ayrılması ittifaqın dağılması prosesinə qədər gətirib çıxara bilər. Çünki, Almaniya, Fransa, Böyük Britaniya Aİ-nin aparıcı iqtisadiyyatlarıdır. Eyni zamanda, bu iqtisadiyyatlar bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. İndi bunların birinin ittifaqdan çıxması çox böyük çalxantılara səbəb olacaq".Ekspert qeyd edib ki, amma burada Böyük Britaniyanın da haqlı mövqeyi var: "Onlar da düşünür ki, Aİ-də qalmaq iqtisadi siyasətləri üçün müəyyən problemlər yaradır. Düşünürlər ki, Aİ-dən ayrılsalar belə, Böyük Britaniyanın iqtisadi inkişafı qarşısında hər hansı bir maneə yaranmayacaq, əksinə bu, onun tərəqqisinə gətirib çıxaracaq. Bu, dünya bazarları üçün çox ciddi məsələdir. Eyni zamanda, Böyük Britaniyanın ABŞ-la çox ciddi iqtisadi əlaqələri var. Aİ-yə alternativ olaraq ABŞ-la iqtisadi əlaqələri genişləndirəcək, daha da sürətlə inkişaf edəcək".FED-in qərarına toxunan iqtisadçı-ekspert deyib ki, bu qərar gözlənilən idi: "Çünki, hazırda dünya bazarında qeyri-müəyyənlik davam edir və bunun təməlində dayanan iqtisadi və siyasi faktorlar var. Əgər FED uçot dərəcəsini yüksəltsəydi, ABŞ-a sərmayə axını bir az da artacaqdı və inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr üçün də çox ciddi problemlər yaradacaqdı. Bu gün dünya iqtisadiyyatında əsas xarici investisiyalar çəkən ölkələr, eyni zamanda, inkişaf etmiş ölkələr üçün də ciddi bazardır. O ölkələrdən investisiyalar ABŞ-a daxil olur və həmin ölkələrin iqtisadi böhranla üzləşməsi prosesi ortaya çıxır. Söhbət Braziliya, Türkiyə, Cənubi Koreya kimi ölkələrdən gedir. Bunlar eyni zamanda dünya üçün bazardır və bu iqtisadiyyatları çökdürmək olmaz".Ekspertin sözlərinə görə, hazırda neft ixrac edən ölkələr ciddi gəlir itkisi ilə üzləşirlər ki, bu da inkişaf etmiş dünya üçün ciddi bazar itkisi deməkdir. Ona görə də bu tarazlıqlar qorunmalıdır.ABŞ-da neft buruqlarının sayının artmasının neftin qiymətinə təsirinə gəlincə, ekspert deyib ki, ABŞ-da neftin çıxarılması digər regionlarla müqayisədə kifayət qədər baha başa gəlir: "İndiki qiymətlərlə ABŞ-da çox ciddi neft hasilatının artacağını gözləmək mümkün deyil. Neftin qiyməti dünyada 70-80 dollardan yuxarı olarsa, bu haqda düşünmək olar. Hazırda bunun heç bir ciddi əsası yoxdur. Neftin qiyməti aşağı düşdükdən sonra şist neftini çıxaran şirkətlərin əksəriyyəti böhranla üzləşdi və fəaliyyətini dayandırdı. ABŞ-da neftin bir barrelinin çıxarılması Orta Şərq ölkələri ilə müqayisədə bir neçə dəfə bahadır."Elşən Bağırzadə onu da deyib ki, bu il neftin qiymətində ciddi bir yüksəliş gözləmək mümkün deyil."Növbəti ildən müəyyən qədər artım ola bilər. Amma neftin dünya bazar qiymətini müəyyənləşdirən təkcə iqtisadi amillər deyil. Əgər təkcə iqtisadi amillər olsa, iqtisadçılar olaraq rahat proqnoz verə bilirik. Burada siyasi amillər də var" — deyə ekspert əlavə edib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR