UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov İctimai Televiziyada efirə gedən “İqtisadiyyat” proqramının qonağı olub.
Verilişdə TANAP layihəsinin Azərbaycana nə kimi iqtisadi və siyasi dividentlər gətirəcəyi müzakirə olunub. UNEC-in alimi ilə millət vəkili Elman Nəsirov mövzu ətrafında fikir mübadiləsi aparıblar.