A

Real TV

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər

Serbiya bu gündən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

İndi Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilər.

Ekspertlərin fikrincə, Serbiyanin bu addımı turizm sektorunda böyük canlanmaya səbəb olacaq. Serbiya tərəfindən bu qərarın verilməsinin başlıca səbəbi Azərbaycandan olan turist axınını daha da artırmaq məqsədi daşıyır.

Ekspert Elşad Məmmədlinin fikrincə, viza rejiminin ləğv edilməsi iki ölkə arasındakı ticarət dövriyyəsini də artıracaq. Çünki bu addımla Azərbaycan istehsalçıları daha rahat şəkildə Serbiya bazarına çıxa biləcək.

Serbiya ilə əməkdaşlıq enerji sektorunda da olduqca real görünür. Serbiya üçün Azərbaycan qazının idxalı prioritet hesab olunur.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb. Bunun nəticəsi olaraq Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.

Ayşəm Rüstəmova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay