A

Sputnik.az

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Aİ ilə əlaəqlər iqtisadi sferada yaxınlaşma deməkdir

“Son vaxtlar Azərbaycanın enerji, nəqliyyat sistemində rolu daha da artıb”. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı iqtisadi münasibətlərin vəziyyətini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

O bildirib ki, son zamanlar reallaşdırılan layihələr ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola sübutdur: “Bu, sadəcə kağız üzərində deyil, həm də iqtisadi sferada Aİ ilə yaxınlaşma deməkdir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələrin inkişafı vacib məsələdir. Xüsusən də enerji təchizatı sahəsində Azərbaycanın fəallığı onun hər zaman diqqətdə olmasına imkan yaradır. Əsasən, Cənubi Avropa ölkələri Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Bu iqtisadi əlaqələr yalnız enerji məhsullarının alışı və satışı ilə məhdudlaşmır, həmçinin qeyri-neft sektoru sahələrində önəmli əlaqələrin qurulmasını təmin edəcək”.

Qeyd edək ki, iyunun 5-də Aİ-nin maliyyə dəstəyi ilə hazırlanan “Aİ Azərbaycan Biznes mühiti 2018” hesabatı təqdim edilib. Hesabatda göstərilib ki, son 10 il ərzində Aİ şirkətləri Azərbaycana 21 milyard dollar investisiya qoyub. Bundan əlavə, Azərbaycanın ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşür.

Müslüm İbrahimov: “Aİ ilə iqtisadi əlaqələr qeyri-neft sektorunu inkişaf etdirəcək” 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR