A

“UNEC “24/7 kitabxanası”nın yaradılması Azərbaycan Dövlət İqtisad Universitenin mütəmadi olaraq həyata keçirdiyi innovativ layihələrin tərkib hissəsidir. Bu barədə təhsil eksperti Etibar Əliyev “UNEC news”a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, “24/7 kitabxanası” UNEC-də həm tədris prosesinə, həm də elmi-araşdırmaların aparılmasına müsbət təsir göstərəcək”. “Bəzən tələbələrdən gələn müraciətlərdə deyilir ki, hansısa konkret mövzuya həsr edilmiş, ixtisaslaşdırılmış ədəbiyyatları əldə etmək çətindir. Məhz bu kimi kitabxanaların yaradılması ixtisaslaşdırılmış ədəbiyyatlara çıxış məsələsini həll etməyə töhfə verəcək.

Məhz bu səbəbdən təhsil sahəsində innovativ layihələrə müsbət yanaşdığını qeyd edən E.Əliyev bildirdi ki, dünyanın aparıcı universitetlərində müasir kitabxanalar fəaliyyət göstərir. “Beynəlxalq reytinq cədvəllərində kitabxana ali təhsil müəssisəsinin qiymətləndirilməsi zamanı əsas meyarlardan biri hesab edilir. Burada həm kitabxananın tutumu, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, elektron resurslara, digər universitetlərin bazalarına çıxış imkanları əsas götürülür”.

“24/7 kitabxanası”nın yaradılması UNEC-in digər innovativ layihələri ilə birlikdə beynəlxalq reytinq cədvəllərində universitetin mövqeyinin yüksəlməsinə olduqca ciddi təsir edəcək. Nəticədə UNEC nüfuzlu dünya universitetləri arasında öz layiqli yerini tutacaqdır”. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay