A

"Xalq qəzeti"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində daha bir sənədi – “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı imzaladı. Fərmanda qeyd olunur ki, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. 

Ancaq indiyədək inşa olunmuş bir çox yaşayış binalarında bəzi işlər müvafiq qanunvericiliyin tələblərinə tam uyğun olmayaraq aparlıb, bu səbəbdən də onların istismarı zamanı Azərbaycan vətəndaşları bir sıra problemlərlə qarşılaşırlar. Son nəticədə isə həmin binaların rəsmiləşdirilməsi mümkün olmur. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti insanlarımızın həyat şəraitini və yaşayış səviyyəsini yüksəltmək məqsədilə növbəti humanist addımını atıb. 
Fərmana əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya əlaqədar yerli icra hakimiyyəti orqanları 2019-cu il yanvarın 1-dək tikilmiş çoxmənzilli binaları müayinədən keçirərək, öz rəylərini verəcək və göstərilən konkret müddətdə buraxılmış səhvlər və çatışmazlıqlar aradan qaldırılacaq. “Azərsu” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi həmin binaların su, işıq və qazla təchizatı istiqamətində öz üzərlərinə düşən vəzifələri icra edəcəklər. 
Təbii ki, bütün bu kompleks tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin yaşayışını asanlaşdırmaq üçün atdığı növbəti humanist addım kimi qiymətləndirilir və əhali tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, bu qərar ölkədə dövlət başçısının rəhbərliyi ilə başladılmış və uğurla davam etdirilən genişmiqyaslı islahatların tərkib hissəsidir. Bu fərmandan yaxın vaxtlarda on minlərlə ailə bəhrələnəcək.

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR