A

sputnik.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Dövlət Turizm Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə əməkdaşlıq edərək bu sistemi işə sala bilərlər

Müslüm İbrahimov: “Azərbaycanda ekoturizmin inkişafı üçün böyük potensial var”

Hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır: Bunu Trend-ə Azərbaycanda Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda kənd təsərrüfatı turizminin inkişaf etdirilməsi üçün böyük potensial var:

“Təəssüf olsun ki, biz bu sahədə hələ lazım olan səviyyəyə çatmamışıq. Bizdə bu sahədə işləyən fermerlər də var. Onlar təsərrüfatlarında turistlərin qalması üçün müvafiq infrastruktur yaradırlar. Bizdə hazırda kənd təsərrüfatının inkişafına diqqət yetirilir. Düşünürəm ki, bu baxımdan ekoturizmdə uğur qazana biləcəyik. Dövlət Turizm Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə əməkdaşlıq edərək bu sistemi işə sala bilərlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR