A

AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, uğurlu diplomatiyası, Azərbaycan Ordusunun şücaəti nəticəsindədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev bildirib.

Professor qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir. Azərbaycan torpaqlarının çoxillik işğaldan azad olunması tarixi hadisədir. Həmin torpaqlar iqtisadi dövriyyəyə cəlb ediləcək, orada kommunikasiya sistemi bərpa ediləcək, köçkünlər öz ata-baba yurdlarına qayıdacaq.

Strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsi ilə bir daha sübut olundu ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. “Bu hadisədən sonra noyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanat mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiyasıdır. Tarixi əhəmiyyət kəsb edən bu bəyanat Ermənistanın məğlub olması deməkdir. Bu sənəd ərazilərimizin işğaldan azad olunmasının sonu, şanlı qələbəmizin təntənəsi deməkdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Böyük Qələbə qazandıq. Bu Qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir”, - deyə A.Şəkərəliyev bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay