A

11 noyabr 2018-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Coğrafi imla - 2018” layihəsi həyata keçiriləcək. Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən təşkil olunan beynəlxalq imla Rusiyanın coğrafiyasına aid olacaq.

Arzu edənlər müvafiq qaydada qeydiyyatdan keçərək, tədbirdə iştirak edə bilərlər. Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında yerləşən Bakı filialının kampusunda keçiriləcək tədbirdə iştirak etmək istəyənlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna “Диктант” mövzusu ilə məktub yazmalı və ya birbaşa filiala müraciət etməlidirlər. Məktuba şəxsi məlumatları, həmçnin təhsil müəssisəsi və ya iş yerini əlavə etmək tələb olunur. Ətraflı məlumat əlaqə telefonu vasitəsilə əldə etmək olar (012) 598 93 32.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR