A

UNEC-in 24/7 kitabxanası yeni “Kitabxana mənim üçün...” layihəsinə start verib.

Layihə çərçivəsində UNEC tələbələri qrup halında, yaxud fərdi olaraq kitabxana rəhbərliyinə müraciət edərək, təyin edilmiş vaxtda müasir tələblərə cavab verən 24/7 kitabxanasındakı qaydalar barədə, buradakı fiziki və elektron resurslar, onlardan düzgün, effektiv istifadə edilməsi haqqında məlumatlandırılacaq, ustad təlimlərdə iştirak edə biləcəklər. Sorğular dolğun cavablandırılacaq.

Layihənin məqsədi kitabxana xidmətləri, burada görülən işlər barədə məlumat vermək və kitabxananın hər bir tələbənin həyatında, təhsilində rolunu, kitabxananın onun üçün nə olmasını müəyyənləşdirməkdir. 

“Kitabxana mənim üçün...” layihəsində iştirak etmək istəyənlər (012) 18-46 (1-16-11) telefon nömrəsinə zəng edə, yaxud kitabxananın “UNEC LİBRARY” rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay