A

Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə 11-13 iyun 2020-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinə həsr olunacaq 16-cı Beynəlxalq Strateji İdarəetmə Konfransı keçiriləcəkdir.

"Cəmiyyət 5.0 konsepsiyası: yeni strateji, sosial və iqtisadi çağırışlar" (“New Strategic, Social and Economic Challenges in the Age of Society 5.0”) mövzusunda təşkil olunacaq konfransda alimlər, elm xadimləri, pedaqoji heyət, tədqiqatçılar, doktorantlar və tələbələr iştirak edə bilərlər.

Future Academy tərəfindən müntəzəm olduğu kimi bu ildə “European Proceedings of Social and Behavioral Sciences” konfrans materialları kitabı internet üzərindən (on-line) nəşr olunacaqdır. Konfrans iştirakçıları bu kitabı http://www.futureacademy.org.uk/library linkindən əldə edə biləcəkdir. “European Proceedings of Social and Behavioral Sciences” konfrans materialları kitabı müntəzəm olaraq “Web of Science” bazasında indeksləşir və ya bu məqsədlə Web of Science WOS Clarivate ISI Conference Proceedings Citation Index (ISI CPCI) təqdim olunur. 

Son müraciət tarixləri:

Məqalənin təqdim olunma tarixi

3 aprel 2020

Məqalənin qəbulu haqqında məlumatlandırma

24 aprel 2020

Məqalələrin (düzəliş tələb olunmuş) təqdim olunma tarixi

11 may 2020

Erkən qeydiyyat tarixi

20 may 2020

ƏTRAFLI

TOP XƏBƏRLƏR