International Energy Journal Tailand Krallığının Regional Energy Resources Information Center nəşriyyatının elmi jurnalıdır.

Enerji tədqiqat sahəsinə uyğun yeniliklərin, innovativ və ziddiyətli fikir mübadilərinin yer aldığı elmi jurnalın əsas istiqamətləri enerji iqtisadiyyatı, enerji texnologiyası, elektrikoenergetika sistemləridir.

SIR reytinq sıralamasında SJR2019-0.19 olan jurnalın kvartili Q3, ISSN nömrəsi 1513-718X, CiteScore2019 0.9-dur. Jurnal Emerging Sources Citation Index, Scopus, Compendex on Engineering Village, EBSCO host bazalarında indeksləşir. Tədqiqat istiqaməti jurnalın araşdırma sahələrinə uyğun olan müəlliflər qeydiyyatdan keçərək məqalələrini jurnalın qəbul şərtlərinə uyğunlaşdıraraq təqdim edə bilər.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin Solution to Optimum Gas Well Operation Problem for Developing Countries adlı məqaləsi “International Energy Journal” jurnalının 21 №, xüsusi buraxılış 1A, Yanvar 2021 cildində nəşr olunub.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay