A

UNEC ilə London Universitetinin Beynəlxalq Proqramları/London İqtisadiyyat Məktəbi ilə birgə dərəcə proqramına qəbul başlayıb.

UNEC, London Universitetinin Beynəlxalq Proqramları/London İqtisadiyyat Məktəbinin “Mühasibat və maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramına qəbulu açıq elan edir. Dərslər UNEC-in əsas tədris binasında keçiriləcək və tələbələr lazımi dərs vəsaitləri ilə təmin olunacaqlar.

Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçiriləcək.

Təhsilini uğurla başa vuran tələbələr UNEC-in və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edəcəklər.

Proqrama 1-ci kursu bitirmiş, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan yüksək olan və ingilis dilini müvafiq səviyyədə bilən (PTE Academic, TOEFL, IELTS arzuolunandır) tələbələr müraciət edə bilərlər.

Müraciət üçün lazım olan sənədlər:

1. Orta məktəbi bitirmək haqqında sənədin (Attestat) ingilis dilində notarial qaydada təsdiqlənmiş nümunəsi;
2. Akademik transkriptin ingilis dilində notarial qaydada təsdiqlənmiş nümunəsi.

*
Ünvan: UNEC-in əsas binası, İstiqlaliyyət küç. 6, 400-cü otaq

Tel.: (+99412) 437 10 83
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR