A

UNEC-ə bakalavr pilləsi üzrə tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanı ilə yanaşı, beynəlxalq SAT imtahanı əsasında da aparılır.

SAT imtahanı ilə UNEC-ə qəbul olmaq istəyənlər Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) maliyyə, mühasibat uçotu və audit, biznesin idarəedilməsi ixtisaslarını seçə bilərlər. Keçid 1000 (riyaziyyat 500 baldan aşağı olmamalıdır) baldır. Qəbul planı maliyyə ixtisası üzrə 4, mühasibat uçotu və audit üzrə 2, biznesin idarəedilməsi üzrə isə 2 yerdir. Təhsil ödənişlidir. Təhsil haqları “maliyyə” ixtisasında 2600 AZN, “mühasibat uçotu və audit” və “biznesin idarəedilməsi” ixtisaslarında isə 2500 AZN-dir.

Qeyd edək ki, UNEC-ə SAT imtahanı ilə qəbulda Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vuran və müvafiq sənəd alan abituriyentlər iştirak edə bilər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR