A

Azərbaycan Dövlət İqtisad Univesiteti (UNEC), London Universiteti London İqtisadiyyat Məktəbinin “Mühasabat və maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və menecment” (BSc in Business and Management) ixtisasları üzrə beynəlxalq bakalavr proqramına qəbul elan edir.

Dərslər UNEC-in əsas binasında keçiriləcək və tələbələr bütün lazımi dərs vəsaiti ilə təmin olunacaqlar.

Proqram London Universitetinin London İqtisadiyyat Məktəbinin (London School of Economics) tədris planı əsasında ingilis dilində həyata keçiriləcək. Təhsilini uğurla başa vuran tələbələr UNEC-in diplomu ilə yanaşı, London Universitetinin bakalavr diplomunu da əldə edəcəklər.

Qəbul şərtləri:

  1. Proqrama birinci kursu bitirmiş;
  2. Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80% - dən yuxarı;
  3. İngilis dili tələblərinə cavab verən (PTE Academic – 57, IELTS – 6.0);
  4. Pasportun sürəti;
  5. Ərizə forması.

Proqram haqqında ətraflı məlumat almaq üçün əlaqə:

Ünvan: Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası, İstiqlaliyyət küç. 6, otaq 401.
Tel: (+99412)4371083,  (+99412)4925903
E-mailBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay