AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN NƏZDİNDƏ
AZƏRBAYCAN MALİYYƏ-İQTİSAD KOLLECİ

 2019/2020-ci tədris ili üzrə

TƏLƏBƏ QƏBULUNUN QEYDİYYATI ÜÇÜN

SƏNƏD QƏBULU

 

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • İş nömrəsi və şifrə
  • Attestatın əsli;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti - 2 nüsxə;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti;
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;
  • Sağlmamlıq haqqında tibbi arayış (qeydiyyat yeri üzrə);
  • Təhsil haqqının ödənilməsinə dair qəbzin əsli və surəti;
  • Təhsil haqqından azad edilmək üçün notarial qaydada təsdiq olunmuş sənədlər;
  • İpli qovluq – 1 ədəd

 

QEYD: Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər I kurs üçün təhsil haqqını tam məbləğdə qeydiyyatdan keçərkən ödəməlidir.

 

TƏHSİL HAQQINDAN AZAD EDİLƏN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

TƏHSİL HAQQINDAN AZAD OLUNMAQ HÜQUQU

AŞAĞIDAKI ŞƏXSLƏRƏ ŞAMİL EDİLİR:

 

  • Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
  • Şəhid ailəsi statusu almış ailənin üzvü - ən çoxu 23 yaşına çatanadək;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların uşaqları;
  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
  • I dərəcə əlilliyi olan şəxslər;
  • II dərəcə əlilliyi olan şəxslər;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 

TƏHSİL HAQQINDAN AZAD OLUNAN ABİTURİYENTLƏRDƏN 

TƏLƏB OLUNAN ƏLAVƏ SƏNƏDLƏR:

I. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

  1. 2019-cu ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;
  2. Doğum haqqında şəhadətnamənin əsli və surəti.

 

II. Şəhid ailəsinin üzvü:

  1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  2. Doğum haqqında şəhadətnamənin əsli və surəti. 

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur. 

 

III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi­nin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  1. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).

 

IIIa. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  1. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (və ya DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

 

IV. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər:

  1. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  2. Vətaf etmiş hər iki valideyninin ölüm haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri;
  3.  Vətaf etmiş bir valideyninin ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommissiyasının (TSEK) verdiyi I və ya II qrup əlillik haqqında arayışın notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd olunanlar əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, tələbə göstərilən müddətə təhsil haqqından azad olunur.

 

Diqqət! Abituriyentlərin iştirakı olmadan qeydiyyat aparılmır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müddətdə tələb olunan sənədləri həftənin I-V iş günləri saat 10:00-17:00-dək (13:00-14:00 nahar fasiləsi) kollecin əsas tədris binasında (Y.Məmmədəliyev, 8) təqdim etməlidirlər.

Əlavə məlumat üçün tel.: 493-17-83
Sənəd Qəbulu Komissiyası

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR