Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçim zamanı əsas iş yeri ali təhsil müəssisəsi sayılan, “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və nüfuzlu beynəlxalq jurnallarda nəşr olunmuş 3 məqaləsi olan namizədlərə üstünlük verilir.
  2. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
  3. Doktorantura və ya dissertanturaya qəbul üşün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • ərizə;
  • kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisas üzrə 15-20 səhifəlik referat (elmlər doktoru proqramı üzrə sənəd verənlər referat təqdim etmirlər);
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) müvafiq qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olmaq istəyənlər ardıcıl olaraq xarici dil, fəlsəfə və ixtisas fənni, dissertantura yolu ilə fəlsəfə doktoru proqramına daxil omaq istəyənlər isə xarici dil üzrə qəbul imtahanları verirlər.
  2. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu elan dərc olunduğu tarixdən 25 sentyabr 2020-ci il tarixindək aparılacaqdır.
  3. Sənədlər elektron formada, unec.edu.az saytının "Qəbul" pəncərəsinin “Doktorantura sənəd qəbulu” bölməsinə daxil olmaqla yüklənilir.

Ünvan: Bakı şəh., Azərbaycan Dövlət İqtisad Universiteti, IV tədris binası, Abbas Səhhət küç., 45A, BMDM Doktorantura şöbəsi
Telefon : +994555115886

CƏDVƏL

TOP XƏBƏRLƏR