9-10 fevral 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində İqtisadi və Sosial Araşdırmalar İnstitutu tərəfindən Biznesin İdarə edilməsi və İqtisadi Araşdırmalar, Humanitar, Sosial Elmlər İSAİ I beynəlxalq konfransı keçiriləcək.
İSAİ cəmiyyətinin əsas məqsədi dünyanın yüksək ali təhsil müəssisələri arasında elm xadimlərinin bilik, innovasiya və tədqiqatlarının təbliği, bu istiqamətlərdə elmi müzakirələrin aparılmasıdır.
Konfransın əsas mövzuları: Biznesin idarə edilməsi, İqtisadiyyat və Sosial elmlər.
Son müraciət tarixləri:
15 dekabr 2018-ci il – xülasələrin təqdim olunması
29 dekabr 2018-ci il – ilkin müraciət
29 yanvar 2019-cu il – tam məqalələrin təqdim olunması
Konfrans materialları Scopus, EBSCO, Google Scholar beynəlxalq bazalarında indeksləşir.
Konfrans haqqında ətraflı məlumat: http://ise-research.com/shme-1-19/
Keçirilmə ünvanı: Mərkəzi Eyfel Qülləsi, Novotel Paris, Fransa