A

11-12 may 2019-cu il tarixlərində London şəhərində Biznesin İdarə Edilməsi və Təhsil Araşdırma sahəsində Yenidənqurma və İnventarlaşdırma mövzusunda Hüquq, Biznes, Təhsil və Sosial Elmlər üzrə II Beynəlxalq Konfrans keçiriləcək.

Konfransda universitetin akademik heyəti, tədqiqatçılar, doktorantlar, dissertantlar və tələbələr öz elmi əsərlərində innovativ ideyaların və trendlərin tətbiqinin öyrənilməsi məqsədilə iştirak edə bilər. 

Son müraciət tarixləri:

28 fevral 2019-cu il – ilkin müraciət
15 aprel 2019-cu il – xülasələrin təqdim olunması
20 aprel 2019-cu il – tam məqalələrin təqdim olunması

Konfrans materialları İSİ, Scopus, Google Scholar beynəlxalq bazasında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Sosial və ictimai araşdırmalar;
  • Mədəniyyət;
  • Humanitar elmlər;
  • Sivil və Siyasi Araşdırmalar;
  • Mədəniyyət və Qlobal Araşdırmalar;
  • Ətraf mühit araşdırmaları;
  • Təşkilatı elmlər;
  • Təhsil;
  • İqtisadiyyat, maliyyə və mühasibat uçotu;
  • Biznes və Menecment elmləri.

 Hilton London Heathrow Havalimanı Terminal 5, London Böyük Britaniya

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR