4-5 aprel 2019-cu ildə Türkiyənin İstanbul şəhərində Biznes iqtisadiyyatı və humanitar-sosial elmlər mövzusunda TFCR (Turkish Forum for Collaborative Research) II Beynəlxalq Konfrans  keçiriləcək. Konfransda universitetin akademik heyəti, tədqiqatçılar, doktorantlar, dissertantlar və tələbələr öz elmi məqalələri ilə iştirak edə bilərlər. 

Son müraciət tarixləri:

5 yanvar 2019-cu il – ilkin müraciət

10 yanvar 2019-cu il – xülasələrin təqdim olunması

24 mart 2019-cu il – tam məqalələrin təqdim olunması

Konfrans materialları Scopus, Google Scholar beynəlxalq bazasında indeksləşir. (http://turfcr.com/publications/)

Konfransın əsas mövzuları:

  • Sosial və ictimai elmlər;
  • Mədəniyyət;
  • Humanitar elmlər;
  • Mədəni və global araşdırmalar;
  • İnsan resurslarının idarəedilməsi;
  • Ətraf mühit araşdırmaları;
  • Təşkilatı elmlər;
  • Təhsil;
  • İctimai və siyasi araşdırmalar.

Konfrans haqqında geniş məlumat http://turfcr.com/2019-april-hbes-turkey-event/  linkində göstərilib.

Keçirilmə ünvanı: Gonen Otel, İstanbul, Türkiyə.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR