A

12-13 oktyabr  2019-cu il tarixlərində  London (İngiltərə)  şəhərində Biznes, Menecment və Sosial elmlərdə Multisiplinar Tədqiqatlar mövzusunda II Beynəlxalq konfrans keçiriləcəkdir.

Konfransda Sosial və İctimai elmlər, Biznesin idarə edilməsi və Təhsilin bütün sahələri üzrə yeni fikirlərin yaradılması, mübadiləsi və müzakirəsi məqsədilə akademiklər, professorlar, tədqiqatçılar, təcrübəçilər və tələbələr öz elmi məqalələri ilə iştirak edə bilərlər.

Son müraciət tarixləri:

30 mart 2019-cu il – xülasələrin təqdimatı;
1 aprel 2019-cu il – son bildiriş tarixi;
2 oktyabr 2019-cu il – məqalələrin təqdimatı;

Konfrans materialları  ISI, SCOPUS, EBSCO və Google Scholar beynəlxalq bazalarında indeksləşir.

Konfrans mövzuları:

  • Təhsil;
  • Kommunikasiya;
  • Mühasibat, Maliyyə, Menecment, İqtisadiyyat, Biznes, Marketinq;
  • Sosiologiya;
  • Psixologiya;
  • Fəlsəfə;
  • Hüquq və sosial elmlərdə digər sahələr;
  • Antropologiya, Arxeologiya;
  • Memarlıq, İncəsənət, Etika, Folklorşünaslıq;
  • Tarix;
  • Dil tədqiqatları və Metodik tədqiqatlar;
  • Ədəbiyyat, Musiqi, Şeir, Teatr.

Konfrans haqqında geniş məlumat  https://forum-rssi.com/bmis-oct-2019/  linkində göstərilib.
Keçirilmə ünvanı: Mercure London Hyde Park Otel,  8-14 Talbot Meydanı, Paddington, London W2 1TS, İngiltərə.
Əlaqə saxlamaq üçün: 0124927298

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR