28-30 oktyabr 2021-ci il tarixərində Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə UNEC-də 5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar mövzusunda XVI beynəlxalq strateji idarəetmə konfransı keçiriləcək.

Konfransın əsas mövzuları və ödəniş şərtləri ilə linklərə keçid edərək tanış ola bilərsiniz.

Hibrid formatda keçiriləcək konfransda əsas məruzəçi innovativ texnologiya və innovasiya idarəçiliyi üzrə alim və Yaponiya Araşdırma Siyasəti və İnnovasiya İdarəetmə Cəmiyyətinin Beynəlxalq Komitəsinin sədri,  professor Chihiro Watanabe olacaqdır.

Konfransın qeydiyyatı və son tarixləri nəzərə alınmaqla, məruzələr təşkilat komitəsinin tələblərinə uyğun tərtib olunaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.

Konfransa təqdim olunacaq məruzələr üçün istinad mənbələri:                               

Ø  UNEC Google Scholar  

Ø  UNEC Research Gate  

Ø  UNEC The journal of Economic Sciences: Theory and Practice   

Ø  UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri

Ø  UNEC Web of Science 

Ø  UNEC Scopus

Konfrans təşkilatçıları tərəfindən məruzələr kitabı təşkilat komitəsi tərəfindən Web of Science elmi platformasının bazasında indeksləşmək məqsədilə Clarivate Analytics şirkətinə təqdim olunur. Qeyd etməliyik ki, 2018-ci ildə keçirilmiş 74 məruzə ilə XIV və 2019-cu ildə keçirilimiş 41 məruzə ilə XV Beynəlxalq Strateji İdarəetmə Konfrans kitabları 2019-cu ildə bu bazada indekləşmişdir.

Bununla yanaşı konfransın təşkilat komitəsi tərəfindən məruzələrin aşağıdakı jurnallarda çap olunması imkanı yaradılmışdır. Bu jurnallar müxtəlif nüfuzlu elmi platformalarının bazalarında indekslənməkdədir.

Ø International Journal of Organizational Leadership-  (Emerging Sources Citation Index)

Ø Journal of Global Strategic Management- (EBSCO Central and Eastern European Academic Source, Cabell's, Asoss, and the Global Impact Factor)

Ø International Journal of Innovation and Technology Management - (Emerging Sources Citation Index)

Ø Journal of Economics, Finance and Accounting 

Ø Journal of Management, Marketing and Logistics 

Ø Research Journal of Business and Management 

Ø Journal of Business, Economics and Finance

Ø EMAJ: Emerging Markets Journal 

Əlavə məlumat almaq üçün linkdə göstərilən ünvanlara müraciət edə və elana nəzər sala bilərsiniz.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay