A

vestnikkavkaza.net

Bu gün Bakı “Davamlı inkişafın social-iqtisadi problemləri” mövzusunda keçirilən 37-ci beynəlxalq elmi konfransa ev sahibliyi edir.

Mövzular milli iqtisadiyyatda və sənaye müəssisələrində son illərdə mövcud olan problemləri əhatə edir və bununla da məhdudlaşmır.   “Vestnik Kavkaza” dünyanın ən zəngin və yoxsul bölgələrinin inkişafında qarşıya çıxan əsas problemlər haqqında Sosial-iqtisadi inkişaf qurumunun (ESD) Təşkilat Komitəsinin prezidenti Domagoj Cinguladan müsahibə alıb.  

- Avropada və ABŞ-da miqrantlara və qaçqınlara qarşı düşmənçilik dalğası artmaqdadır. Onlar deyirlər ki, miqrantlar həm iş yerlərini tuturlar və həm də  dövlətin hesabına yaşayırlar. Bu problemin gələcəkdə həllini necə görürsüz?

- Əslində, bu olduqca həssas mövzudur.  İnsan olaraq, biz hər bir insana qonaqpərvərlik göstərsək yaxşı olar və göstərməliyik. Bu normal olardı. Bu, bizim təbiətimizdədir. Amma, insan təbiətində başqalarına nifrət etmək də var. Biz başqa millətlərə, başqa mədəniyyətlərə, başqa dinlərə və s. nifrət etməyə meyilliyik. Beləliklə də, bu yalnız böyük bir problem deyil, həm də çox həssas bir məsələdir. Mən düşünürəm ki, bizlərdən hər birimiz hər hansı social, iqtisadi, maliyyə problemi olan hər kəsə və bu həmçinin qaçqınlara da aiddir, ev sahibliyi etməyi bacarmalıyıq və istərdik. Amma, biz işsizlik problemi olan insanları və ölkələri də anlamalıyıq, onlar xaricilərin onların iş yerlərini tutacaqlarından qorxurlar. Halbuki, digər inkişaf etmiş ölkələrdə işçi qüvvəsi çatışmamazlığı  mövcuddur və onlar ölkələrinə işləmək üçün əcnəbilərin gəlməsindən məmundurlar. Mən düşünürəm ki, insan  olaraq biz hər kəsə qonaqpərvərlik göstərməliyik,  amma biz hər hansi dəyişikliklərdən qorxan insanlar və ya ölkələrə, xüsusilə də kiminsə  onların iş yerlərini alacağını düşünənlərə qəzəblənməməliyik.  

- Belə olan halda, Azərbaycanda və regionda vəziyyəti necə dəyərləndirirsiniz? Mən davamlı inkişafı nəzərdə tuturam.

- Azərbaycan son bir neçə il müddətində sürətlə in kişaf edir. Yəqin ki, siz daha çox neft ehtiyatlarınıza güvənirsiniz. Şəxsən mən, son on ildir ki, Bakı və Azərbaycanın inkişafı haqqında oxuyram və eşidirəm. Sizin vəziyyətinizdə, siz artıq davamlı inkişaf haqqında danışa bilərsiniz, yalnız işləməyə davam edin.

- Bu gün inkişaf etmiş Şimal və yoxsul Cənub problemini necə qiymətləndirirsiz? Onların arasındakı fərq nə qədər dərindir?

- Bu da çox həssas bir məsələdir. Mən hətta “inkişaf etmiş Şimal” və “az inkişaf etmiş Cənub” belə deməzdim. Biz bir neçə yüz adamlar, dünyanın mal və sərvətinin  50-60% -dən çox hissəsni idarə edən ən zəngin insanlar haqqında danışa bilərik. Bu heç bir balansın olmamasını göstərir. Bu daha inkişaf etmiş Şimala və həm də az inkişaf etmiş Cənuba da tətbiq oluna bilər. Artıq inkişaf etmiş, yaxud sürətlə inkişaf etməkdə olan ölkə zəif inkişaf etmiş ərazilər haqqınad necə düşünə bilər ki? Amma yenə də, əgər biz özümüzü qərar verənlərin, dünya liderlərinin yerinə qoysaq, təsəvvüt etsək ki, biz- Azərbaycan və yaxud Xorvatiya dünyanın ən inkişaf etmiş ölkələriyik, biz kasıb ölkələrə kömək edərdikmi? Problem bundadır. Beləliklə, əgər biz hər hansı yardım istiyiriksə, dünyanı necəsə dəyişmək istiyiriksə, biz özümüzdən başlamalıyıq. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay