A

 UNEC-də təhsilin doktorantura və dissertantura pilləsinə sənəd qəbulu başa çatmaq üzrədir.

Bu barədə Radio UNEC-in “Vizyon+” proqramında Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov bildirib. Sənəd qəbulu üzrə son tarixin yanvarın 22-də olduğunu diqqətə çatdıran H.Həmidov doktorantura və dissertanturaya qəbulun vəziyyəti, ixtisaslar, qəbul şərtləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, sənədlərin qəbulu 22 yanvar 2018-ci ilədək hər həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılır. Qəbul imtahanları isə yanvarın 26-da başlanacaq.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR