A

Yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə universitetin nümayəndə heyətinin orta məktəblərə səfərləri davam edir.

Maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdülkərim Sadıqov ilə “Maliyyə və maliyyə institutları” kafedrasının dosentləri Azər Qarayev, Tünzalə Qurbanova və Gültəkin Məmmədova Bakıda yerləşən 8 və 210 saylı orta məktəbdə olublar. Yuxarı sinif şagirdləri ilə görüşən nümayəndə heyəti onlara regionun ən böyük iqtisadyönümlü universitetinin təhsil imkanlarından danışıblar, təmsil etdikləri kafedra və ixtisaslar barədə ətraflı məlumat veriblər. Eyni zamanda ixtisasın onlara qazandıracağı üstünlüklərdən, daxili və xarici əmək bazarında tələbatından bəhs ediblər.

Görüşdə şagirdlərin UNEC-in təqaüd, UDİD, xarici universitetlərlə ikili diplom proqramları, ixtisaslar, keçid balları, məzunların işlə təmin olunması və digər sualları cavablandırılıb.

Məktəblərə səfər zamanı şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR