A

“Həftənin kitabı” bu həftə oxuculara “Temel ekonomi” kitabını təqdim edir

Kitabın müəllifi Prof.Dr.Tümay Ertekdir.

Müəllifın bu dərs vəsaitindən profil üzrə çalışan tələbələr həm baza bilikləri, həm də dərsə əlavə material kimi istifadə edə bilərlər. Kitabda “Temel Mikroekonomi” və “Temel Makroekonomi” mövzuları geniş araşdırılıb və asan anlayışlı bir tərzdə oxuculara təqdim edilib.  

Kitabda diqqəti çəkən məqamlardan biri də müəllifin bölmələrdə xalq deyimlərinə,  mütəfəkkirlərin fikirlərinə istinad verməsidir. Məsələn, “Böyük insanlar fikirləri, normal insanlar olayları, cılız insanlar isə şəxsləri müzakirə edərlər” (Antalya Arxeoloji Muzeyindəki yazı), yaxud “Hər seçim fədakarlıqdır. Həyatı seçin” bu  kimi ifadələri dərsliyi daha da maraqlı, oxunaqlı edir, bir rəng qatır.

İstanbul “BETA” Basım Yayın Dağıtım A.Ş.-da 2017-cı ildə çapdan çıxan, 605 səhifəlik “Temel ekonomi” kitabı ilə UNEC 24/7 kitabxanasında tanış ola bilərsiniz. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay