A

“Həftənin kitabı” bu həftə oxuculara “Bankacılık. Teori, Uygulama ve Yöntem” kitabını təqdim edir.

Kitabın müəllifləri Mehmet Takan və Melek Acar Boyacioğludur.

Kitabda oxuculara bankların yaranma tarixi, bankların iqtisadi inkişaf dövrü, bank əməliyyatları, risklər və idarə edilməsi ilə bağlı geniş məlumatlar verilib.

Qeyd etmək istərdik ki, kitabın müəlliflərindən biri M.A.Boyacioğlu “Ön söz”də Dr.Mehmet Takanın vaxtsız ölümündən təsirləndiyini, müəllimi və dostunun əziz xatirəsinə dərin hörmətindən onun yarımçıq qoyduğu bu kitabı tamamlamağı özünə borc bilməsi və kitabın yeni, daha müasir variantını oxuculara hazırlayaraq təqdim etməsindən bəhs edib.       

623 səhifəlik “Bankacılık. Teori, Uygulama ve Yöntem” kitabı Ankara Nobel Yayın nəşriyyatında 2015-ci ildə çapdan çıxıb.

“Bankacılık. Teori, Uygulama ve Yöntem” kitabı ilə UNEC 24/7 kitabxanasında tanış ola bilərsiniz.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR