A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC ekspert” jurnalının ilk sayı bir neçə gün öncə öz oxucuları ilə görüşdü. Gözlənildiyi kimi ictimaiyyətin böyük marağına səbəb olan jurnal aktual mövzuları ilə öz fərqini ortaya qoydu. UNEC ekspertləri jurnalda dərc olunan eksklüziv məqalələri ilə iqtisadi gündəm mövzularına şərh verməklə yanaşı, iş adamlarının yol göstəricisi funksiyasını da yerinə yetiriblər.

Dinamik dəyişkənlik nümayiş etdirən qlobal iqtisadi proseslərin ekspert səviyyəsində təhlilləri ilə zənginləşdirilən jurnalda milli iqtisadiyyatla bağlı məqamlara xüsusi yer verilmişdir. Milli iqtisadiyyatın formalaşması və inkişafı məsələsinə toxunan müəlliflər monetar siyasət, investisiya cəlbediciliyi, azad sahibkarlığın stimullaşdırılması nüanslarını geniş təhlil etmiş, oxuculara ən son statistik informasiyaları çatdırmışlar.

Nəfis tərtib olunan jurnalda neftin qiymətinin dəyişkənliyi, ixrac potensialı, ticarət tərəfdaşlıqları və investisiya məqsədli vergi krediti mövzuları ilə də yaxından tanış olmaq mümkündür.

Biznes mühitində insan amili ilə bağlı mövzuların da yer aldığı mənbədə həmçinin, obrazlı məqalələr oxucuların mütaliəsinə verilib. Dayanıqlı iqtisadi inkişaf strategiyasının formalaşmasında standartlaşmanın və sertifikasiyanın rolu ilə bağlı mövzularla maraqlananların diqqətini çəkən informasiyalar da jurnalda yer alıb.

Eləcə də iqtisadi qərarların qəbul edilməsinin bioloji əsaslarını tədqiq edən neyro iqtisadiyyat barədə xüsusi məqamlar da biznes oxucuları üçün maraq doğuracaq.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR