A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 – Gələcəyə baxış” layihəsi çərçivəsində ilk konfrans keçirilib.

Konfransda UNEC-in Beynəlxalq münasibətlər və proqramlar üzrə prorektoru Şahin Bayramov  “Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 – Gələcəyə baxış” layihəsi haqda ətraflı məlumat verib: “Bu gündən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə və Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) tərəfdaş olduğu “Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 – Gələcəyə baxış” adlı layihəsinə start verilir. Layihənin məqsədi UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində SABAH qrupları üçün elmi-praktiki konfransların keçirilməsidir”.

AFC-nin ekspert şurasının sədri Bela Cəlilova gələcəyin araşdırılmasının iqtisadi səmərəliliklə bağlantısı arasında olan məsələlərə toxunub. UNEC-in SABAH Mərkəzinin rəhbəri 

Aida Quliyeva 

SABAH qruplarında təhsil alan tələbələrin proqnozlaşdırma üzrə xüsusi tədqiqatlara cəlb edilməsi və onların bilik və bacarıqlarının məhz yaxın və orta gələcəyin görüntüləri üzərində qurulmasına diqqət çəkib.

Konfrans Minilliyin Layihəsinin Tədqiqatlar üzrə direktoru, Avropa komissiyasının eksperti Elizabet Floresko, UNEC-in SABAH mərkəzinin müəllimi, AMEA-nın İqtisad institutunun əmakdaşı, iqtisadçı ekspert Zamin Babaşov və UNEC-in SABAH mərkəzinin tələbələrinin cıxışları ilə davam edib. Ekspertlər və tələbələr Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafı mövzusunda yeni təkliflər səsləndirib, konsepsiyalar ətrafında fikir mübadiləsi aparıblar.

“Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış” layihəsi cərcivəsidə keçirilən növbəti tədbirlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam edəcək. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay