A

“I UNEC Science Slam” müsabiqəsinin ilk mərhələsi – fakültə seçimləri davam edir.

Növbəti seçim İqtisadiyyat fakültəsində keçirilib. Öncə “İslam bankçılığı” mövzusunda çıxış edən Hikmət Şahbazov müasir dövrdə dünyada İslam bankçılığının fəaliyyətinin genişlənməsindən danışıb. Mirələm Səfərov isə “Zamanda səyahət” adlı çıxışına görkəmli alimlərin fikirləri ilə başlayıb. M.Səfərov gələcəkdə zamanda səyahətin mümkün olub olmayacağı barədə apardığı tətqiqat haqqında məlumat verib. Dilbər Hüseynzadə “Holoqramlar” mözvusunda təqdimatla çıxış edib. O, holoqram effektlərindən istifadə olunan maraqlı video çarxla çıxış edib və holoqramların xüsusiyyətləri haqqında danışıb. Nərmin Heydərovanın seçdiyi mövzu isə “Gender bərabərliyi” olub. O, gender bərabərliyini feminist və maskulist gözu ilə təhlil edib.

Sonda “Science Slam”ın fomatına uyğun olaraq qalib tələbələrin alqışları əsasında müəyyən edilib. Alqışların səs diapazonu xüsusi avadanlıq vasitəsilə ölçülüb və Nərmin Heydərova 97.02 DbL nəticə ilə İqtisadiyyat fakültəsinin qalibi olub.

O, mayın 4-də keçiriləcək final mərhələsində İqtisadiyyat fakültəsini təmsil edəcək.

Qeyd edək ki, “I UNEC Science Slam” müsabiqəsinin qalibləri yekun dövlət attestasiyasından azad ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay