A

UNEC-in doktorantı Sankt Peterburq Dövlət İqtisadiyyat Universitetinin təşkil etdiyi III Beynəlxalq elmi-praktiki konfransa qatılıb.

“İnvestisiyalar və investisiya proseslərinin və rəqəmsal iqtisadiyyat mühitində dəyişikliklərin idarə edilməsi " mövzusunda keçirilən onlayn konfransda “Maliyyə və maliyyə institutları” kafedrasının doktorantı Vüqar Namazov “Müasir maliyyə bazarlarının ticarət infrastrukturu: Törəmə maliyyə alətləri ilə ticarət”  adlı təqdimatla çıxış edib.

V.Namazov müasir maliyyə bazarlarının ticarət infrastrukturunun formalaşmasını şərtləndirən və ona təsir edən əsas makroiqtisadi faktorlardan danışıb, həmçinin qobal maliyyə bazarlarında nəzarət, texnologiyalar və rəqabət mühitinin təhlili, törəmə maliyyə alətləri bazarı infrastrukturunun formalaşmasını şərtləndirən amillər və yeni tendesiyalar, maliyyə və əmtəə bazarları arasında törəmə alətlər vasitəsi ilə yaranan paralelləri açıqlayıb.

Konfransın sonunda UNEC-in doktorantına sertifikat təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay