A

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin yarımfinal oyununa yekun vurulub.

Respublikanın 31 ali və orta ixtisas təhsili müəssisəsinin iştirak etdiyi yarışda UNEC-in “İqtisadçı” komandası da təmsil olunub. Gərgin mübarizə şəraitində keçən yarışların qrup mərhələsi üzrə 51 oyunu keçirilib. UNEC-in komandası bütün mərhələləri uğurla başa vuraraq, yarımfinalda Bakı Mühəndislik Universitetinin (BMU) komandası ilə qarşılaşıb. Yarımfınalda “İqtisadçılar” BMU-nun komandasını 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Finalda UNEC-in komandası Azərbaycan Texniki Universiteti (ATU) ilə birincilik uğrunda mübarizə aparacaq.

Final mərhələsi may ayının 11-də saat 16:00-da ATU-nun idman zalında keçiriləcək. UNEC komandasının azarkeşlərini final oyununda komandamıza dəstək olmağa çağırırıq.

UNEC komandasını təbrik edir, final oyununda qələbə arzulayırıq!

Respublika birinciliyi Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR