A

UNEC-in Rus İqtisad Məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən fakültədaxili futbol turniri keçirilib.

8 komanda arasında keçirilən turnir bir ay davam edib. Maraqlı və gərgin keçən yarışın qalibi “All inclusive” komandası olub. II yerdə “Mühasibatçılar”, III yerdə isə “RİM Stars” komandası qərarlaşıb.

Qaliblərin mükafatlandırılması mərasimində Rus İqtisad Məktəbinin direktor müavini, dosent Anar Eyyubov ümumilli lider Heydər Əliyevin ölkədə idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Gənclərin idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə UNEC-də mütəmadi olaraq idman yarışlarının keçirildiyini bildirib.

UNEC-in məzunu, Sabunçu rayon icra hakimiyyətinin nümayəndəsi Murad Cənnətov tələbələrə universitetdə bilik almaqla yanaşı, ictimai fəaliyyətdə də aktiv olmağı tövsiyə edib.

Sonda qalib komandalar mükafatlandırılıb. “All inclusive” komandasına və fəal hücumçu Sərxan Quliyevə kuboklar təqdim olunub.

Futbol yarışı UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR