A

UNEC Rus İqtisad Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsinin və İdman klubunun birgə təşkilatçılığı ilə  Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Stolüstü Tennis” yarışması keçirilib. 15 nəfərin iştirakçılığı ilə gərgin şəraitdə keçən mübarizənin sonunda yarışın qalibləri müəyyən edilib.

1-ci yerə Fateh Kərimli, 2-ci yerə Cavid Əliyev və Vəfa Məmmədova, 3-cü yerə isə Hafiz Mahmudov və Gülşən Qurbanova layiq görülüblər. Qaliblər RİM-nin direktoru, dosent Mənsur Bərxudarov, UNEC İdman klubunun müdiri Mahmud Mustafayev, məşqçi-müəllimlər Aygün İsmayılova, Tofiq Məmmədov və RİM-nin THİK sədri İmran Elçinoğlu tərəfindən diplom və medallarla təltif olunublar.

Qalibləri təbrik edirik! 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR