A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günləri uğurla yekunlaşıb.

11-26 may tarixləridə hər gün təşkil edilən canlı yayımda peşəkar ekspertlər, iş adamları, aparıcı şirkətlərin İnsan resursları üzrə rəsmiləri tələbə və məzunlara uğurlu karyera qurmaq istiqamətində faydalı tövsiyələr veriblər. Sosial şəbəkələrdə gündəlik olaraq təşkil edilən canlı yayımların ümumilikdə 50.000-ə yaxın izləyicisi olub.

Online Karyera günlərinin əsas məqsədi gənclərə karyerayönümlü məsləhətlərin, iş dünyasına hazırlığa dair tövsiyələrin verilməsi və tələbələrin özünüinkişafına dəstək göstərilməsidir.

Bu müddət ərzində öz təcrübələrini və tövsiyələrini UNEC tələbələri bölüşənlər:

  1. Elçin Zeynalov - “Applied Management Solutions” şirkətinin təsisçisi
  2. Abid Səmədov - “Veysəloğlu” Şirkətlər Qrupunda İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin aparıcı mütəxəssisi
  3. Şəmsi Bayramzadə - Azərsun Holdinqin Treyd marketinq departamentinin direktoru
  4. Fidan Quluzadə - "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin İşə qəbul üzrə mütəxəssisi
  5. Könül Quliyeva - Natiqlik, Ünsiyyət texnikaları, Bədən dili, Liderlik bacarıqları üzrə sərbəst təlimçi
  6. Ceyran Fərazi - "166 Yükdaşıma və logistika" şirkətinin HR direktoru
  7. Könül Ağasənli - "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin İşə qəbul üzrə aparıcı mütəxəssisi
  8. Nərgiz Əzimova - "Kapital Bank" ASC-nin İşəqəbul şöbəsinin müdiri
  9. Toğrul Ələkbər - peşəkar təlimçi və kouç
  10. Rüfət Hacıyev - "Bank of Baku" ASC-nin Seçim və yerləşdirmə bölməsinin rəhbəri
  11. Nizami Yusifli - "Ernst & Young" şirkətinin Audit xidmətləri üzrə meneceri
  12. Sənan Həsənov - Beynəlxalq Akkreditasiyalı Peşəkar kouç (ICF PCC), “Erickson Coaching International”-ın Azərbaycan nümayəndəliyinin rəhbəri
  13. Fidan Hüseynova - "Kapital Bank" ASC-nin İşə qəbul şöbəsinin baş mütəxəssisi, təlimçi
  14. Azad Qəhrəmanov -  "SAT Group" şirkətinin rəhbəri
  15. Tamerlan İsmayılov  - "Brandup" şirkətinin həmtəsisçisi, "Majlis Business Network" həmtəsisçi və rəhbəri
  16. KPMG Azərbaycan şirkətinin rəsmiləri Nəsibə Muradxanova - Audit departamentinin rəhbəri, Asiya Haqverdiyeva - İnsan Resusrları və Marketinq üzrə meneceri, Aydan Bədəlova - İnsan Resursları və Marketinq üzrə mütəxəssis
  17. Emil Ağabağırov - "Xalq Sığorta" ASC-nin Satış və marketinq üzrə böyük mütəxəssisi, təlimçi
  18. Rafiq Hunaltay  - “AZGRANATA" şirkətinin İdarə Heyəti üzvü
  19. "Deloitte" şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmiləri Zahid Qədimli - Audit və Əminlik üzrə Meneceri və Zeybə Tağızadə - İnsan Resursları üzrə mütəxəsis
  20. Ramidə Tahirova - "Azər Türk Bank" ASC-nin İşə qəbul üzrə aparıcı mütəxəssisi
  21. Mahir Qarayev - SOCAR-ın "Neftqaztikinti" trestinin İnsan resursları şöbəsinin rəisi
  22. Elnur Bədəlov - "PASHA Investments" şirkətinin investisiyalar üzrə kiçik meneceri

Canlı yayımların video-yazılarını Youtube və Facebookda yaradılan “pleylist”dən izləmək mümkündür.

YOUTUBE

FACEBOOK

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay