A
Son günlər cəbhə xəttində baş verən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun şəhid olan əsgərləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları da var.1993-cü il təvəllüdlü Bakı şəhər sakini Dadaşov Tural Sabir oğlu 2015-ci ildə Kommersiya fakültəsindən məzun olub. Mirzəyev Mahir Sabir oğlu isə 2014-cü ildə İqtisadiyyat və sənaye fakültəsinin məzunu olub.Şəhidlər aprelin 9-da torpağa tapşırılıb.Vətən uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsində ucalan məzunlarımızın ruhu qarşısında baş əyirik. Allah Rəhmət Eləsin!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR