A

Aprelin 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin bir qrup tələbəsi son günlər cəbhədə baş verən hadisələrlə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimovun ruhuna ehtiramlarını bildirmək üçün II Fəxri Xiyabanda qəhrəmanımızın məzarını ziyarət ediblər.

Tələbələr Milli Qəhrəmanın məzarı önündə Azərbaycan Respublikasının Dövlət Himnini və vətənpərvərliyə səsləyən şüarlar səsləndiriblər.

Xiyabanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay