A

Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsində “Azərbaycanda Multikultural dəyərlər və onların sosial-iqtisadi aspektləri” mövzusunda elmi konfrans keçirilib.

Tələbə Elmi Cəmiyyətinin  (TEC) təşkilatçılığı ilə keçirilən konfransda əcnəbi tələbələr, fakültədə təhsil alan azsaylı xalqların övladları və Xətai rayon 147 saylı texniki-humanitar liseyin şagirdləri iştirak edib.Konfransda son günlər cəbhə xəttində baş verən hadisələrdən söz açılaraq, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə dekanı Mirağa Əhmədov Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan olunması haqqında sərəncamından sonra gənclər arasında bu sahəyə marağın artdığını bildirib. Multikulturalizmlə bağlı universitetdə silsilə tədbirlər həyata keçirildiyini bildirən dekan, ilk dəfə olaraq UNEC-in professor-müəllim heyəti BBMM-nın əməkdaşları ilə birgə Azərbaycanda multikulturalizmin sosial-iqtisadi inkişafı istiqamətlərini təhlil edərək dəyərli təkliflər irəli sürüblər.“Multikulturalizmdə dini dostluq”, “Multikulturalizm və Azərbaycan dövlətinin sosial siyasəti”, “Azərbaycan multikulturalizminin tarixi”, “Multikulturalizmdə sosial ədalət”, “Azərbaycanda multikulturalizmin iqtisadi siyasəti”, “Azərbaycan multikulturalizmi və dini tolerantlıq”, “Multikulturalizm və Azərbaycan Respublikasının təhsil siyasəti”, “Multikulturalizmə elmi yanaşma”, “Multikulturalizmin sosial-etik və mədəni aspektləri”, “Multikulturalizm və etnik qruplar” mövzularında çıxış edən tələbə və şagirdlər mövzuya müxtəlif aspektlərdən yanaşıblar. Məruzələrdə Azəbaycanda yaşayan dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün az saylı xalqların yaşayış səviyyələrinin sosial-iqtisadi aspektləri təhlil edilərək, Azərbaycan dövlətinin tolerant bir ölkə olduğu və hər bir vətəndaşın sosial ədalət prinsipinə uyğun olaraq bərabər hüquqa malik olduğu qərarına gəlinib.Sonda iştirakçılara sertifikatlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay