A

youthportal.az

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

UNEC Karyera Mərkəzinin  direktoru Fuad Əliyevin YouthPortal-a müsahibəsi:

  • Xahiş edirik, oxucularımıza “Made in Azerbaijan” biznes ideya müsabiqəsi barədə ətraflı məlumat verəsiniz.- “Made in Azerbaijan” müsabiqəsində Azərbaycanın bütün ali məktəblərinin tələbələri hazırladıqları biznes layihələri ilə iştirak edə bilərlər. Gənclər istər fərdi, istərsə də komanda şəklində ideyalarını təqdim etməklə müsabiqəyə layihə göndərə bilərlər. Hətta iki və ya daha artıq universitetin tələbələri bir layihə ətrafında birləşməsi və iştirakı da mümkündür. Müsabiqə gənc, istedadlı və kreativ ruhlu gənclərin ortaya çıxarılması üçün çox gözəl platformadır.
  • - Müsabiqənin keçirilməsində məqsəd nədən ibarət idi?- Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə həyata keçirilir. Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamıntətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.
  • Müsabiqənin növbəti illərdə də davam etdirilməsi gözlənilirmi?
  • - Bu, artıq təşkil olunan 2-ci “Made in Azerbaijan” biznes ideya müsabiqəsidir. Müsabiqənin ənənəvi xarakter daşımaqla hər ilin aprel-may aylarında təşkil edilməsi nəzərdə tutulub.
  • İştirakçıların müsabiqə vaxtı ən çox çətinlik yaradan nə oldu?
  • - Çətinliklər əsasən müsabiqənin təşkil olunduğu ilk ildə qarşıya çıxırdı. Bu isə daha çox təqdim edilən layihələrin kriteriyalara uyğun olmaması və müsabiqə şərtlərindən kənarlaşma ilə əlaqədar olurdu. Lakin aparılan məlumatlandırma işləri və keçirilən təlimlər vasitəsi ilə bu çətinliklər aradan qaldırıldı və iştirakçılar müsabiqənin şərtlərinə uyğun layihələr təqdim etməyə başladılar. Bu il təşkil edilən müsabiqədə iştrakçılar layihələri hazırlayarkən bütün kriteriyaları nəzərə almışdılar.
  • Ekspert Şurası təqdim edilən biznes ideyalarını dəyərləndirərkən nələrə diqqət yetirirdi?
  • - Biznes ideyalar hazırlanarkən onların qeyd olunan sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planın təqdim edilməsi, aktuallığı və kreativliyi nəzərə alınıb.
  • “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə təqdim edilən layihələrdə kreativ yanaşmanın olması da tələblərdən biri idi. Bu tələb özünü doğrulda bildi?
  • - Bəli. Sevindirici haldır ki, təqdim edilən layihələrin hər biri kreativliyi ilə seçilirdi. Gəlin ilk üç yerə layiq görülən layihələrə qısa nəzər salaq - birinci yerə “Bavel” layihəsi layiq görülüb. Layihə müəllifləri UNEC tələbəsi Fəqan Çələbizadə və Milli Aviasiya Akademiyasının tələbəsi Emil Hacıyevdir. Bavel – dil baryerini yox eden messencerdən ibarətdir. Məsələn: Siz çex dilini bilirsiniz, danışdığınız şəxs isə fransiz dilində danışır. Bu zaman siz mesajı çex dilində yazırsınız, ama mesajı qəbul edən şəxsə sizin mesajınız avtomatik tərcümə olunaraq fransız dilində göndərilir. Beləliklə, siz yalnız bir dil bilməklə istənilən şəxslə öz doğma dilinizdə ünsiyyət qura bilərsiniz.İkinci yerə Bakı Dövlət Universitetinin SABAH Qrupunun tələbələri Günay Abdullayeva və Aytac Ağabəylinin hazırladığı TechSOS layihəsi layiq görüldü. Layihə hər hansı bir hadisə nəticəsində köməyə ehtiyacı olan, yıxılmanı təyin edən və tez köməyə çağıran cihazdan və onun tətbiqindən ibarətdir.Nəhayət üçüncü yerə UNEC-in II kurs magistri Aytac Şeyixovanın “Sənayedə yosun bitkisinin tətbiqi, biznesi və perspektivi” layihəsi layiq görülüb. Bu layihədə yosundan kənd təsərrüfatında, səhiyyədə, kosmetologiyada və qida sənayesində istifadəsinə dair təklif edilən biznes plandan ibarət idi.Gördüyünüz kimi hər üç layihə öz xüsusiyyəti və kreativliyi ilə seçilir.
  • - İştirakçılar arasında qalibləri seçmək çox çətinlik yaratdı?- Münsiflər heyəti birinci yerin qalibini seçməkdə heç bir çətinlik çəkmədilər. Yalnız ikinci və üçüncü yerin sahibləri cüzi xal fərqi ilə müəyyən edilib. Bu isə müsabiqənin nə dərəcədə gərgin və maraqlı keçməsinə əyani bir sübutdur.
  • UNEC-də “Made in Azerbaijan” biznes ideya müsabiqəsi kimi başqa layihələr də gözlənilir?
  • - UNEC-də “Made in Azerbaijan” biznes ideya müsabiqəsindən başqa Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Yeniliyə Doğru Gənclər Fondu və UNEC-in dəstəyi ilə “İnkişaf bi(r)likdərir” devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı, Azərbaycan Sənaye Sığorta Şirkəti ilə birgə yeni sığorta xidmətlərinin yaradılması mövzusunda yazı müsabiqəsi, Bakı Fond Birjası ilə birlikdə “İnvestor” kapital bazarlarının simulyasiya müsabiqəsi və s. kimi yarışlar mütəmadi olaraq keçirilir. 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsi isə 2018-ci ilin aprel-may aylarında təşkil olunması nəzərdə tutulur.

- Sonda oxucularımıza tövsiyələrinizi alaq.

- Gənclərimizi biznes ideya müsabiqəsi platformasında öz bilik, bacarıq və istedadlarını dəfələrlə nümayiş etdirməyə dəvət edirəm. Əlbəttə ki, onları bu yolda qələbə və müvəffəqiyyətlə yanaşı uğursuzluqlar da müşaiyət edə bilər. Lakin hər bir uğursuzluğun bir təcrübə olduğunu da unutmamaq lazımdır. Bir sözlə gənclərimizi hər zaman nikbin olmağa çağırıram.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR