A

moderator.az

Moderator.az ötən il o vaxtkı təhsil naziri Mikayıl Cabbarovun dəvəti əsasında bir neçə günlük Bakıda səfərdə olan və UNEC-də təhsil ictimaiyyətinin, tanınmış ictimai xadim və media rəhbərlərinin iştirakı ilə yaddaqalan görüşdə dəyərli məsləhətlərini verən dünya şöhrətli kimayçı alim, Nobel mükafatçısı Aziz Sancarın bütün elm adamlarına, xüsusilə elmlə məşğul olan gənclərə 15 önəmli tövsiyyəsini təqdim edir: 

- Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.

- Çox vaxt və əziyyət tələb etsə də, analitik və kreativ düşünmə bacarığı əldə edin.

- Elm adamı kimi yaxşı karyera əldə etmək üçün uzun illər tələb olunduğunu və bu istiqamətdə çalışmanın davamlı proses olduğunu bilin.

- Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın.

- Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin, ancaq sonra mütləq ölkənizə qayıdın.

- Üzərində tədqiqat aparacağınız bir mövzu müəyyən edin, mövcud ədəbiyyatı da araşdırın, tələb olunan qədər öyrənin.

- Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır: biliyə əsaslanan yaradıcılıq, ciddi çalışmaq və uğursuzluq qarşısında dirənmək.

- Uğur zəka ilə bağlı olduğu qədər də çalışmaqla əldə edilir. Bunun üçün səbat lazımdır, inad etmək lazımdır və çalışmaq lazımdır.

- Birincisi, çox çalışmaq, ikincisi, ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləmək, üçüncüsü, ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq etmək. Mənim uğurumun addımları bunlardır.

- Özünüzdən razı olmayın. Özündən razı olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun.

- Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.

- Elmdə heç vaxt ümidsizliyə qapılmayın. Nobel aldıqdan sonra yaxşı bir jurnala göndərdiyim məqalə 4 resenzentdən 8 səhifə tənqid yazılaraq rədd edilmişdi. Yəni Nobel alanın belə məqaləsi rədd edilə bilər. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.

- Gündəlik siyasətlə, dedi-qodularla məşğul olmayın, onunla məşğul olanlar var. Məmləkətə xidmət üçün elm lazımdır, Avropa və Amerika səviyyəsinə gəlmək üçün elm lazımdır. 

- Vətən sevgisi olmasaydı, bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar.

- Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay