A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və Dizayn fakültəsinin tələbələri Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi ərzində keçirilən tədbirlər çərçivəsində İsveçrə mətbəxi ilə bağlı ustad dərslərində iştirak ediblər.

İsveçrənin Azərbaycandakı səfirliyinin Bakı Bulvar Otelində təşkil etdiyi ustad dərslərində aşpazlar - isveçrəli Pascal Aubert, fransız Thibault Bera və Azərbaycanlı Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdiriblər. Aşpazlar yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim ediblər.Azərbaycan Milli Kulinariya Assosiyasiyasının seçilmiş aşpazlarının qatıldığı ustad dərslərində UNEC-in Qida məhsullarının texnologiyası kafedrasının müdiri Gülnisə Abbasbəyli, müəllimələr Elza Omarova, İlhamə Kazımova, Sevinc Məhərrəmova da iştirak edib.Sonda iştirakçılara sertifikat təltif olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR