A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi müəyyən ediləcək.

Tədbirdə 7 finalçı biznes ideyalarını təqdim edəcək və münsiflər heyəti 3 qalibi seçəcək. Biznes ideyalar beş meyar üzrə qiymətləndiriləcək:

  • Orijinal və kreativ yanaşma;
  • Biznes ideyanın tətbiqinin mümkünlüyü;
  • Məhsulun (xidmətin) brendləşmə perspektivi;
  • Biznes ideyanın investisiya cəlbediciliyi;
  • Biznes ideyanın təqdimatı və sualların cavablandırılması.

“Made in Azerbaijan” biznes ideya müsabiqənin münsiflər heyəti:

  1. Cəsarət Valehli - Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
  2. Akif Fərruxov - AR İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru
  3. Rüstəm Abdullayev - AR Gənclər və İdman nazirliyinin sosial proqramlar sektor müdiri
  4. İqbal Rüstəmov - Kapital bankın Pərakəndə Bankçılıq departamentinin direktoru
  5. Elnur İsayev - NTS şirkətinin direktoru
  6. Məhəmməd Cəmilov - UNEC rektorun məsləhətçisi
  7. Mircavid Həsənov - UNEC İBİ-nin direktoru

Final mərhələsi aprelin 22-də, saat 15:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay