A

İyulun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni seçilən sədri Əvəzağa Məlikovla görüşüb.

Görüşdə tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsinin vacibliyi vurğulanıb. Rektor elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğindən söz açaraq, həmin formalara uyğun fundamental tədqiqatlara gənclərin marağının artırılması istiqamətində öz tövsiyələrini verib. Qeyd olunub ki, TEC tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiya yaratmalı, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərməlidir. Ə.Muradov istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işlərə, yüksək texnologiyaların öyrənilməsinə cəlb edilməsi sahəsində öz məsləhətlərini verib.

Görüşdə həmçinin yeni tədris ilində həyata keçiriləcək layihələr müzakirə edilib. Həm yerli, həm də respublika səviyyəsində böyük elmi konfranslar təşkil etməyin vacibliyi vurğulanıb. Elmi fəaliyyəti ilə fərqlənən gənclərin beynəlxalq konfranslarda iştirakının zəruriliyi qeyd edilib.

Sonda rektor TEC-in yeni sədrinə fəaliyyətində uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay