A

Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində Azərbaycanın diaspor nümayəndəsi, yazıçı-filosof Eluca Atalı ilə görüş keçirilib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov  qonaq haqqında məlumat verərək bildirib ki, yazıçı-filosof Eluca Atalı uzun illərdir ki, Stokholmda yaşayır. Azərbaycandan kənarda yaşasa da, Azərbaycanla, Türk dünyası ilə bağlı kifayət qədər səmərəli işlər görür, yazıları ilə mənsub olduğu millətin və ölkənin adına layiq fəaliyyət göstərir. E.Atalının bu günə kimi 18 kitabı çapdan çıxıb.

Eluca Atalı tələbələrlə söhbətə UNEC haqqında təəssüratları ilə başlayıb: “Siz qürurla deyə bilərsiniz ki, Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin tələbələrisiniz. Görüşdən əvvəl universiteti gəzib, auditoriyalarda oldum. Tam əminliklə deyə bilərəm ki, belə bir universitetdə oxuduğunuz üçün şanslısınız. Regionun lider dövləti olan Azərbaycanın gələcəyi üçün UNEC-in sizə yaratdığı imkanlardan maksimum yararlanın”.

Sonra tələbələr müəllifin “Tiqranizm Xocalıda” kitabı barədə fikirlərini bildiriblər. Ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklər, insanlıq əleyhinə cinayətlərin öz əksini tapdığı kitab tələbələrin marağına səbəb olub. Yazıçının ərsəyə gətirdiyi kitabda erməni xisləti, onun əsrlərboyu qonşuları türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında bədii formada və üslubda verildiyi qeyd edilib. Tələbələr erməni vəhşiliklərinin bəşəri faciə olduğunu çatdırmaqda bu kitabın oxucuya ötürdüyü mesajı yüksək qiymətləndiriblər.

Sonda Eluca Atalı tələbələrə imzalı kitabını hədiyyə edib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay