A

UNEC rektoru, professor Ədalət Muradov London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) bakalavr dərəcə proqramında təhsil alan tələbələr və onların valideynləri ilə görüşüb.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələblərin icrası istiqamətində UNEC-də həyata keçirilən yeniliklərdən bəhs edən rektor, bu sahədə London Universiteti/London İqtisadiyyat Məktəbi ilə birgə reallaşan ikili diplom proqramını böyük nailiyyət adlandırıb. Tədrisin keyfiyyəti müzakirə olunan görüşdə Ə.Muradov tələbələrin imtahan nəticələrini müsbət qiymətləndirib. Bildirib ki, ən yüksək nəticə göstərən tələbənin tədrisə London kampusunda davam etməsi istiqamətində danışıqlar aparılır. Birgə proqramda iştirak edən müəllimlər barədə ətraflı məlumat verən Ə.Muradov onların peşəkar pedaqoq olmaqla yanaşı, öz sahələri üzrə ölkənin ən yaxşı mütəxəssiləri olduğunu diqqətə çatdırıb.

Görüşdə UNEC-də təhsil alan tələbələrin LSE ailəsinə inteqrasiyası məqsədi ilə London Universiteti/London İqtisadiyyat Məktəbinin Türkiyə və Sinqapur universitetlərindəki ikili diplom proqramlarında təhsil alan tələbələri ilə ildə iki dəfə videokonfrans keçirilməsi müzakirə edilib. Eyni zamanda, bir semestrlik tələbə mübadiləsinin mümkünlüyü qeyd edilib.

Tələbələr 4 il ərzində Qafqazın və Avropanın ən nüfuzlu iqtisadyönümlü universitetlərinin diplomuna sahib olmağın gələcəkdə əmək bazarında layiqli yer tutmalarına imkan yaradacağına əminliklərini ifadə ediblər. Valideynlər övladlarına yaradılan bu şərait üçün təşəkkür ediblər.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR