A

Londonda tələbələr üçün Mərkəzi Asiya ölkələrinin yaz bayramı keçirilib.

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Tacikistan, Əfqanıstan və digər ölkələrin gənclərinin qatıldığı şənlikdə Azərbaycanı UNEC-in tələbəsi Nərmin Mustafayeva təmsil edib.

Açıq havada təşkil edilən tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr qatılıb. Onlar iştirakçı ölkələrin milli geyimləri və mətbəxi nümayiş olunan guşələrlə tanış olub, Novruz şirniyyatlarından dadıblar. Gənclər xüsusi ilə milli geyimlərə maraq göstəriblər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi, “Erasmus+” Beynəlxalq Mübadilə Proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Lester Universitetində davam etdirən N.Mustafayeva gənclərə bildirib ki, xalqımızın ən əziz bayramlarından olan Novruz ölkəmizdə təntənəli şəkildə qeyd edilir. O, Novruz bayramı adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

UNEC tələbəsi Novruz bayramını ayrıca olaraq Lester Universitetinin tələbələri ilə birgə qeyd edib. Tələbələr Novruz oyunları oynayıb, Azərbaycanın milli rəqsini ifa ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR