A

UNEC-in rektoru, professor Ədalət Muradov qəbul imtahanında 700 bal toplayaraq UNEC tələbəsi adını qazanan Rəmzi Abıyevlə görüşüb.

Yüksək nəticə əldə etməsi münasibətilə Rəmzini təbrik edən Ə.Muradov ona təhsilində uğurlar arzulayıb. Rektor bildirib ki, zəngin təcrübəyə malik olan UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla bərabər, ölkədə II ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlərin və Prezident təqaüdçülərinin sayına  görə yeganə ali təhsil müəssisəsidir. Ə.Muradov Rəmzinin təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkədə ingilis dilində 5 ixtisas üzrə iqtisadçı mütəxəssislər hazırlayan ən nüfuzlu fakültə olduğunu diqqətə çatdırıb. Fakültəyə keçid balının ötən dövrlərlə müqayisədə daha da artaraq 629, maliyyə ixtisası üzrə isə 667 bala yüksəldiyini xüsusi vurğulayıb.

Rektor Rəmziyə UNEC-in beynəlxalq əlaqələri, ikili diplom, UDİD proqramları barədə məlumat verərək, bu üstünlüklərdən yararlanmağı tövsiyə edib. Onu UNEC-in sosial-ictimai həyatında fəal və təşəbbüskar olmağa səsləyib.

R.Abıyev son illərdə UNEC-in əldə etdiyi nailiyyətləri, tədris olunan ixtisasları, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını, beynəlxalq layihə və təqaüd proqramlarını mütəmadi olaraq izlədiyini bildirərək, bu üstünlüklərin universitet seçimində böyük rol oynadığını xüsusi vurğulayıb.

Sonda R.Abıyevə UNEC-in xatirə hədiyyəsi təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay