A

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018/2019-cu tədris ili üzrə Prezident təqaüdünə layiq görülən tələbələrdən 17 nəfəri UNEC-də təhsil alır.

Bu, II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75 faizini təşkil edir. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alan Prezident təqaüdçüləri təəssüratlarını UNEC News-la bölüşüb.

RəmziRəmzi Abıyev

Rəmzi Abıyev 2001-ci il dekabrın 16-da Lənkəranda anadan olub. Orta təhsilini Lənkəranın Balıqçılar kəndində alıb. O, DİM-in 2018/2019-cu tədris ili üzrə keçirdiyi qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq UNEC-ə qəbul olub. R.Abıyev maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC mənim gələcək karyeramla bağlı arzularımı reallaşdıra biləcəyim universitetdir. Burada ingilis dilində təhsil alıram. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, UDİD, eyni zamanda mübadilə proqramları tələbələr üçün böyük üstünlükdür. UNEC-də iki diploma sahib olmaq üçün tələbələrə seçim də verilir: tələbə istər Bakıda təhsil alaraq, istərsə də xaricdə təhsilini davam etdirərək 4 il ərzində iki nüfuzlu universitetin diplomuna sahib ola bilir. Bu istiqamətdə UNEC davamlı olaraq yeniliklərə imza atır. Hazırda UNEC-də London Universiteti/ London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti ilə yanaşı, ABŞ-ın Linkoln Universiteti ilə həm bakalavr, həm də magistr pilləsi üzrə ikili diplom proqramları reallaşdırılır. Bu, bizim üçün böyük şansdır.

XanımXanım Göyçayeva

Xanım Göyçayeva 2001-ci il aprelin 9-u Bakı şəhərində anadan olub. 2018-ci ildə Bakı şəhəri 24 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanında 696 bal toplaraq, UNEC-in maliyyə ixtisasını seçib.

- İmtahanlardan sonra ixtisasım üzrə ən yaxşı universitet barədə ətraflı araşdırmağa başladım. “UNEC-i tanı” layihəsi çərçivəsində bu universitetlə daha yaxından tanış olmaq imkanı əldə etdim. UNEC-in tələbələri üçün təqdim etdiyi UDİD, xarici universitetlərlə ikili diplom proqramları xüsusi olaraq diqqətimi cəlb etdi. Artıq UNEC tələbəsiyəm və buradakı tədris sistemi, dərslərin keyfiyyəti, tələbələrin maraqlarının daim nəzərə alınmasını müşahidə etdikcə düzgün seçim etdiyimə bir daha əmin oluram! 

BanuçiçəkBanuçiçək Qurbanova

Banuçiçək Qurbanova 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmlər liseyini qızıl medalla bitirib. 2016-cı ildə keçirilən “Sabahın Alimləri” Respublika olimpiadasında bürünc medal qazanıb. AzTV kanalında yayımlanan “Əlaçı” intellektual proqramının qalibi olub. Qəbul imtahanlarında 695 bal toplayaraq UNEC-ə qəbul olub. Maliyyə ixtisası üzrə təhsil alır.

- Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” layihəsinə qatıldım. Layihədə iştirak etmək mənim üçün çox faydalı oldu. Həm dərslərdə iştirak etmək, həm də imtahan prosesini yaxından izləmək imkanım oldu. UNEC-də Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə tanışlığım zamanı burada çox səmimi mühitin şahidi oldum və ali təhsili məhz burada almağa qərar verdim. Dərslərin ingilis dilində təcrübəli və gənc müəllimlər tərəfindən tədrisi, xüsusi və ikinci əlaçı təqaüdləri, ikili diplom, mübadilə proqramları, tələbəyə dəstək və s. kimi üstünlükləri ilə UNEC mənə görə, regionun digər universitetlərindən bir addım öndədir.

AnarAnar Mustafayev

Anar Mustafayev 2001-də anadan olub. Akademik Zərifə Əliyeva adına liseyi bitirib. DİM-in keçirdiyi qəbul imtahanında 692 bal toplayıb. UNEC-də maliyyə ixtisası üzrə təhsil alır.

- Digər universitetlərlə müqayisədə UNEC-də daha çox yeniliklərin olduğunu mətbuatdan izləyirdim və seçimimdə ən innovativ universitetin üzərində dayandım. UNEC-in ən mükəmməl fakültəsində təhsil alıram. Fakültədə bütün tələbələr 600-dən yüksək toplayıblar. Bu da o deməkdir ki, qrupdakı bilik mübarizəsi özünüinkişaf üçün unikal şərait yaradır. Əminəm ki, burada alacağım təhsillə məzun olduğum zaman beynəlxalq  tələblərə cavab verən yüksək səviyyəli, savadlı və dünyagörüşlü peşəkar mütəxəssis olacam. 

RamilRamil Ağayev

Ramil Ağayev 2001-ci ildə İsmayıllı rayonunda anadan olub. İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanında 692 bal toplayıb. Hazırda maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC-də “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrə F1-F4, “Maliyyə” ixtisasının tələbələrinə isə F1-F3 dərəcələri üzrə azadolma təqdim edilir. Bu, UNEC-in məzunlarına dünyanın istənilən yerində mühasibat uçotu, maliyyə və menecment sahələrində karyera qurmaq şansı yaradır. Tələbələrinin uğurlu gələcəyi üçün daim yeniliklərə və ilklərə imza atan UNEC-in tələbəsi olduğum üçün qürur duyuram. 

QurbanQurban Ələsgərov

Qurban Ələsgərov 2001-ci ildə anadan olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini qızıl medalla bitirib. Qəbul imtahanlarında 690 bal toplayaraq UNEC tələbəsi adını qazanıb.

- Universitet seçimindən öncə “UNEC-i tanı” layihəsi çərçivəsində lisey yoldaşlarımla birlikdə universitetdə olduq. UNEC-in verdiyi təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə əməkdaşlığı barədə ətraflı məlumat aldıq. Bütün bunlar həm universitet, həm də ixtisas seçimimizdə çox faydalı oldu. Hazırda lisey yoldaşlarımla birlikdə UNEC tələbəsiyəm. UNEC-in ikili diplom və ya mübadilə proqramlarında iştirak etməyi düşünürəm. Praktiki biliklərimi artırmaq üçün isə  UNEC-lə əməkdaşlıq edən nüfuzlu şirkətlərin təcrübə və təqaüd proqramlarına da  qatılacam. 

TurqayTurqay Nəsirli

Turqay Nəsirli 2001-ci il avqustun 8-də Naxçıvan MR-da anadan olub. 2018-ci ildə Akademik Zərifə Əliyeva adına liseydən məzun olaraq, DİM-in keçirdiyi qəbul imtahanında 690 bal toplayıb. UNEC-də mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır.

- UNEC-də müəllim-tələbə arasında səmimi dostluq münasibətini çox yüksək qiymətləndirirəm. Məncə bu, tələbə üçün ən önəmli amillərdən biridir. Hədəfim ixtisasım üzrə ən yaxşı universitetdə keyfiyyətli təhsili almaq, ən yaxşı karyeranı qurmaqdır.

ElvinElvin Rüstəmov

Elvin Rüstəmov 2001-ci il iyulun 8-də Bakıda anadan olub. Bakı şəhəri 284 nömrəli məktəbi bitirib. Qəbul imtahanında 690 bal toplayıb. UNEC-də mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır.

- UNEC-də keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradılıb və ən əsası ingilis dilinin inkişaf səviyyəsinin artırılmasına da hər cür dəstək olunur. Bizə dünyanın ən nüfuzlu universitetlərinin məzunları dərs keçir. 

ÜlviÜlvi Həsənov

Ülvi Həsənov 28 dekabr 2000-ci ildə Rusiya Federasiyasının Ulyanov şəhərində anadan olub. 2003-cü ildən ailəsi ilə birlikdə Bakıya köçüb. Ə.Ələskərov adına 244 nömrəli məktəbi bitirib. 2018/2019-cu tədris ili üzrə keçirilən qəbul imtahanında 688 bal toplayaraq, UNEC-də ingilis dilində maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC brendi keyfiyyətli təhsilin təminatçısıdır. Təhsil aldığım fakültənin tələbələri 4 ildir ard-arda adını UNEC-in fəxri məzun daşına yazdırır. İnanıram ki, universiteti yüksək nəticələrlə bitirib, mən də adımı UNEC tarixinə uğurlu məzun kimi yazdıracam.

LəmanLəman Rüstəmova

Ləman Rüstəmova 2001-ci il iyulun 31-də Bakıda anadan olub. Bakı şəhərindəki 289 nömrəli məktəbi (Zəngi liseyini) fərqlənmə ilə bitirib. İmtahanlarında 687 bal toplayaraq UNEC-ə qəbul olub. Maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir. Burada dərslər interaktiv tədris metodu ilə aparılır. Müəllimlərimiz bizə bilik verməklə yanaşı, həm də öz zəngin iş təcrübələrini paylaşırlar. Əminəm ki, gələcəkdə ixtisasım üzrə UNEC-in ən uğurlu məzunlarından olacam. 

NicatNicat Rəcəbli

Nicat Rəcəbli 2001-ci il aprelin 9-da Bakıda anadan olub. Bakı şəhəri 291 nömrəli orta məktəbi bitirib. Qəbul imtahanında 687 bal toplayıb. UNEC-də maliyyə ixtisası üzrə təhsil alır.

- Prezident təqaüdü ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal topladığıma görə UNEC-in xüsusi təqaüdünə layiq görülmüşəm. İndi isə UNEC-in ikinci əlaçı təqaüdünü qazanıb, yaxşıların yaxşısı olmaq uğrunda qrup yoldaşlarımla bilik mübarizəsi aparıram. Əminəm ki, burada qazanacağım bilik və bacarıqlarla mən arzuladığım karyeramı qura biləcəm. 

FailFail İmanov

Fail İmanov 2001-ci il noyabrın 23-də anadan olub. Biləsuvar rayonu Milli Qəhrəman Mübariz İbrahimov adına liseydə orta təhsil alıb. 2016-cı ildə Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə gümüş medal qazanıb. Qəbul imtahanlarında 686 bal toplayaraq UNEC tələbəsi adını qazanıb.

- UNEC-də tədris tam olaraq elektronlaşdırılıb, şəxsi kabinetimizdən dərs cədvəlini, mühazirələri asanlıqla əldə edirik. Mən xüsusi olaraq mentorların fəaliyyətini qeyd etmək istəyirəm. Hər hansı bir çətinliyimiz yaranarsa, onlar bizə böyük dəstək olur, məsləhətlər verirlər. UNEC müxtəlif yarışlar, müsabiqələr keçirərək tələbələrə intellektual səviyyəsini inkişaf etdirmək üçün də geniş imkanlar yaradır.

FidanFidan Cəfərova

Fidan Cəfərova 2001-ci il aprelin 25-də Qəbələdə anadan olub. Qəbələ şəhər 2 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib. Qəbul imtahanlarında 685 toplayaraq maliyyə ixtisasında təhsil alır.

- UNEC-in ən üstün tərəflərindən biri regionun ingilis dilində təhsil verən ən yaxşı iqtisadyönümlü universiteti olmasıdır. UNEC-in təqaüd proqramları isə tələbələr üçün böyük motivasiyadır. Gələcəkdə ikili diplom və mübadilə proqramlarından yararlanmağı düşünürəm.

FərzalıFərzalı Məhərrəmli

Fərzalı Məhərrəmli 2000-ci ildə Ağdaş rayonunda anadan olub. İmtahanlarda 685 bal toplayaraq UNEC-də maliyyə ixtisasına qəbul olub.

- UNEC  Azərbaycanın ən nüfuzlu universitetlərindəndir. Tədrisin keyfiyyəti çox yüksəkdir və pedaqoji heyətdə peşəkarlar təmsil olunur. UNEC-i 4 il ərzində 2 diplomla bitirə bilmək bizim üçün böyük şansdır.  

NüşabəNüşabə Məmmədova

Nüşabə Məmmədova 2001-ci il iyulun 17-də Göygöl rayonunda anadan olub. 2018-ci ildə Göygöl rayon 6 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib. DİM-in keçirdiyi qəbul imtahanından 685 bal toplayaraq UNEC-ə qəbul olub. Maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC-i ölkənin ingilis dilində iqtisadyönümlü ixtisasların tədrisində rəqabətsiz fakültəsi olan Beynəlxalq İqtisadiyyat Məktəbinə görə seçmişəm. Tədrisin ingilis dilində gənc müəllimlərin tərəfindən aparılması, II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların məhz bu fakültədə oxuması mənim də seçimimdə böyük rol oynadı. 

TuralTural Məmmədov

Tural Məmmədov 2001-ci il iyunun 22-də Qəbələ rayonda anadan olub. F.Həmidov adına Qəbələ rayon Bunud kənd tam orta məktəbini bitirib. Qəbul imtahanında 685 bal toplayıb. UNEC-də maliyyə ixtisası üzrə təhsil alır.

- UNEC-də təhsil almaqla öz ixtisasım üzrə ən doğru seçimi etdiyimdən əminəm. Dərslərin 4 dildə və yüksək səviyyədə tədris edilməsi universitetin ən böyük üstünlüklərindən biridir. İngilis dilində təhsil alıram və ixtisasıma ingilis dilində yiyələnməyim xarici universitetlərlə mübadilə proqramında iştirak etməyimdə mənə əlavə üstünlük verəcək. Dərslərimiz yüksək ixtisaslı, peşəkar müəllimlər tərəfindən tədris edilir. Hər şey gözlədiyim kimi oldu, bütün bunlara görə təşəkkürlər, UNEC! 

ƏləkbərƏləkbər Rəhimli

Ələkbər Rəhimli 2001-ci il dekabrın 31-də Zaqatalada anadan olub. Zaqatala şəhəri Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanında 684 bal toplayaraq maliyyə ixtisasına qəbul olub.

- İş dünyasında xarici universitet təhsili hər kəsə əlavə üstünlüklər verir. UNEC-də bu istiqamətdə çox uğurlu mübadilə və ikili diplom proqramları həyata keçirilir. UNEC-in ABŞ-ın Linkoln Universiteti, London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier universiteti ilə ikili diplom proqramları bu baxımdam bizim üçün inanılmaz fürsətdir. Bu imkanlardan mütləq yararlanacam.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR