A

Dövlət Məşğullu Xidməti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Karyera planlaması təlimləri” layihəsinə start verilib.

Dövlət Məşğullu Xidmətinin peşəkar mütəxəssislərinin və iş dünyası nümayəndələrinin iştirakı ilə keçiriləcək təlimlər 3 həftə davam edəcək. Həftədə 4 dəfə təşkil olunacaq təlimlərdə bacarıqlarının təhlili, karyera planlaması, motivasiya, özgüvən, GZİT təhlilinin təqdimatı, komanda işinin qurulması, zamanın idarə edilməsi, iş axtarma yolları, CV tərtibatı,  tövsiyə və istək məktublarının yazılması barədə praktik biliklər aşılanacaq.

Layihənin təqdimat mərasiminə Bakı Şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev, rəis müavini Fatimə Ələkbərova, Dövlət Məşğulluq xidmətinin nümayəndələri Fuad Mehdizadə və Leyla Rzayeva, həmçinin təlimçilər iştirak edib.

Bakı Şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev çıxışı zamanı  bu təlimlərin tələbələrin karyera quruculuğunda önəmli fayda qatacığını bildirib. İnsan kapitalı potensialının artırılması, gənclərin rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirilməsində UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi vurğulanıb.

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov göstərilən təşəbbüsə görə Dövlət Məşğullu Xidmətinin rəhbərliyinə təşəkkürlərini çatdırıb. R.Cabbarov bildirib ki, 3 həftə boyunca keçiriləcək təlimlərdən sonra tələbələrimiz iş müsahibəsinə tam hazır olacaqlar və arzuladıqları vakansiyarda potensial namizəd kimi dəyərləndiriləcəklər.

Qeyd edək ki, layihənin yekununda iştirakçı tələbələrlə şirkət nümayəndələrinin görüşü keçiriləcək. Müsahibələrdən uğurla keçmiş tələbələr təcrübə proqramlarını və iş təkliflərini dəyərləndirmək imkanına sahib olacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay