A

UNEC Karyera Mərkəzində həftə ərzində təşkil edilən faydalı təlimlər, işgüzar və maarifləndirici görüşlər, şirkətlərə səyahətlər, simulasiya yarışları, iş görüşlərinə hazırlıq, müxtəlif bacarıqların təkmilləşdirilməsi üçün hazırlanan workshoplardan və digər yeniliklərdən xəbərdar olmaq üçün online təqvimdən istifadə edə bilərsiniz. Online təqvimdə dövrü təşkil edilən təlim və tədbirlərlə yanaşı, keçirilməsi dəqiqləşdirilən müxtəlif fəaliyyətlər barədə də məlumatlar yer alacaqdır.

Yeniliklərdən xəbərdar olmaqla bərabər, həm də təqvimin yardımı ilə Karyera Mərkəzinin CV hazırlama və karyera planlama konsultasiya xidmətlərindən yararlanmaq üçün göstərilən gün və saatlarda qeydiyyatdan keçmək mümkündür.

UNEC Karyera Mərkəzinin fəaliyyətlərindən daha çox tələbənin faydalanmasına şərait yaratmaq üçün tədbirlər barədə informasiyalar tələbələrin elektron kabinetlərinə, facebook, instagram və  twitter sosial şəbəkələrində də yayımlanması davam etdiriləcək.

Online təqvim: bit.do/unec-karyera

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay